Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Matəm Günündə “İntizar” nümayiş olunacaq

Milli Matəm Günündə “İntizar” nümayiş olunacaq

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Azərbaycan bəstəkarı, respublikanın Xalq artisti, professor Firəngiz Əlizadənin "İntizar" operasının tamaşası olacaq.

"İntizar" operası Qarabağda baş verən hadisələr və onların tarixi, Xeyir və Şər qüvvələr arasında mübarizə, günahsız insanların ölümü, yaxın qonşuların satqınlığı və təbiətin gözəlliyindən bəhs edir. Tamaşanın libretto müəllifi,  professor Nərgiz Paşayeva, musiqi rəhbəri və dirijoru Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyevdir.

Tamaşada əsas rolları Xalq artistləri Qərinə Kərimova (Əsli), Əkrəm Poladov (Seyid kişi), Əməkdar artistlər İnarə Babayeva (Mələk), Fərid Əliyev (Arif), İlham Nəzərov (Yad adam), Səbinə Vahabzadə və Fəridə Məmmədova (gəlinlər) və Tural Ağasıyev (kəndli) ifa edəcəklər.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

17 2019 13:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Aprel 2019 | 22:01
YANĞIN

Ən son xəbərləri səhifəmizdən də izləyin