Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xırdalan şəhərində yaşıllaşdırma işləri davam edir

Xırdalan şəhərində yaşıllaşdırma işləri davam edir

Abşeron rayonunda təmizlik və yaşıllaşdırma işləri çərçivəsində Xırdalan şəhərində təşkil olunan növbəti iməcilik və ağacəkmə aksiyası ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına yönəldilib.

Abşeron Rayon İcra Hakimiyyətindən  bildirilib ki, şəhər icra nümayəndəliyi tərəfindən Xırdalan şəhərində təşkil olunan aksiyada ərazi kənar əşyalardan təmizlənib, quyular qazılıb və 400 ədəd müxtəlif növ həmişəyaşıl ağac əkilib. Əkilən ağaclara üzvi gübrə verilərək suvarılıb.

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

17 2019 13:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Aprel 2019 | 22:01
YANĞIN

Ən son xəbərləri səhifəmizdən də izləyin