Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaponiya Rusiyaya etiraz notası verib

Yaponiya Rusiyaya etiraz notası verib

Rəsmi Tokio Moskvaya etiraz notası göndərib. Etiraz notasına səbəb Rusiya tərəfindən Cənubi Kuril adaları yaxınlığında Yaponiyaya məxsus iki balıqçı gəmisinin cərimələnməsi olub.

Rusiya sərhədçiləri Kunaşir adaları yaxınlığında Yaponiyanın iki  balıqçı gəmisini saxlayaraq sənədlərini yoxladıqdan sonra cərimə verilməsini tələb etmişlər. Yaponiya XİN bu tələbi qəbuledilməz hal adlandırıb.

Qeyd edək ki, 21 fevral1998-ci il tarixli razılaşmaya əsasən Yaponiya gəmiləri Cənubi Kuril adaları rayonunda müəyyən olunmuş ödəniş müqabilində kvota üzrə balıq tuta bilər.

Tokio Ticarət və sərhədlər haqqında 1855-ci il tarixli ikitərəfli traktata istinad edərək Kunaşir, Şikotan, İturup, Xabomai adalarının ona məxsus olduğunu iddia edir. 

“Xalq qəzeti”

 

17 2019 12:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin