Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxladı

Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxladı

Böyük Britaniya parlamenti yanvarın 16-da baş nazir Tereza Meyə etimadsızlıq göstərilməsi ilə bağlı səsvermə keçirmişdir. Deputatlardan 306 nəfər etimadsızlıq göstərilməsinə, 325 nəfər bunun əleyhinə səs vermişlər.

 Bir gün əvvəl  krallığın Avropa İttifaqından çıxmasının əleyhiə səs vermiş parlament hökumətə etimad bildirib. BBC-nin məlumatında bildirilir ki, yanvarın 15-də 202 deputat krallığın Aİ-dən çıxmasının lehinə,  432 deputat isə bunun əleyhinə səs vermişdi. Səsvermədən sonra leyboristlərin lideri Ceremi Korbin hökumətə etimadsızlıq göstərilməsi məsələsinə baxılmasını təklif etmişdi. Yanvarın 16-da parlamentdə bu təklif kiçik səs çoxluğu ilə rədd olundu.

Beləliklə, hökumətə etimadsızlıq göstərilməməsi nəticəsində Tereza Meyin baş nazir vəzifəsində qalmışdır. Bazar ertəsi günü baş nazir 29 mart 2019-cu il tarixinə planlaşdırılıan "Brexit"lə məsələsi ilə əlaqədar yeni tədbirlər planını təqdim etməlidir.

“Xalq qəzeti”

 

17 2019 12:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin