Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

SOCAR karbamid zavodunun məhsulu ilk vaxtlar üç ölkəyə ixrac olunacaq

SOCAR karbamid zavodunun məhsulu ilk vaxtlar üç ölkəyə ixrac olunacaq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) karbamid zavodunun məhsullarının üçdə ikisini Türkiyəyə ixrac edəcək. Bunu “Reuters” agentliyinə zavodun direktoru Xəyal Cəfərov deyib.

Zavod direktoru bildirib ki, “SOCAR karbamid zavodu regionun yeganə iri müəssisəsidir və məhsulun üçdə ikisini Türkiyəyə ixrac edəcək. Bundan başqa, biz Ukrayna və Gürcüstana ixrac planlaşdırırıq. Zavodun məhsulu beynəlxalq birjaya çıxarılacaq və “SOCAR Trading” tərəfindən əməliyyatlar keçiriləcək”.

Zavodun tikintisi üçün alınmış kreditin qaytarılmasına gəldikdə isə direktor qeyd edib ki, ödəmə zavodun işə düşməsindən 1,5 il sonra başlayacaq, mənfəət rejiminə isə zavod 8 ildən sonra keçəcək.

“Xalq qəzeti”

 

17 2019 12:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Avqust 2019 | 17:46
ABŞ-da təyyarə qəzası

Köhnə versiyamızdan xəbərləri izlə