Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ötən il əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü addımlar atılıb

Ötən il əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü addımlar atılıb

Cari il ərzində 6,4 mindən çox şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı həyata keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumatda bildirilir ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial siyasətinə uyğun olaraq 2018-ci ildə də həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitlərinin yaxşılaşdırılması  istiqamətində məqsədyönlü addımlar atılıb.

Dövlət başçısının 2 avqust 2018-ci il tarixli sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılması 2018-ci ildə həmin kateqoriyalardan olan insanlara nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzilin təqdim edilməsinə imkan verib.

Ötən il müharibə əlillərinə 265 minik avtomobili təqdim olunub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli fərmanının icrası olaraq isə ötən ilin sonunadək artıq 3097 şəhid hərbi qulluqçunun 4190 vərəsəsinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilib. Onlara 34 milyon manat vəsaitin ödənilməsi təmin edilib və cari il ərzində daha 6,4 mindən çox şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı həyata keçiriləcək.

Ünvanlı dövlət sosial yardım proqramının icrasında  ünvanlılığın, şəffaflığın təmin edilməsi, neqativ halların qarşısının alınması tədbirləri həmin yardımı alan ailələrin sayının 2018-ci il ilin dekabrında əvvəlki ilin dekabr ayı ilə müqayisədə 46 faiz (36854 ailə) azalaraq 42683-ə düşməsinə səbəb olub. Bu istiqamət üzrə vəsaitlərin ünvanlı xərclənməsinə ciddi nəzarət tədbirləri nəticəsində 102,2 milyon manat büdcə vəsaitinə qənaət edilib, sosial yardımların ödənişinə ümumilikdə 104 milyon vəsait xərclənib.

Dövlət başçısının 19 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən 28 dekabr 2018-ci il tarixə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödənilib.

 

17 2019 12:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Aprel 2019 | 22:01
YANĞIN

Ən son xəbərləri səhifəmizdən də izləyin