Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nayrobidə terror aktı nəticəsində 21 nəfər həlak olub

Nayrobidə terror aktı nəticəsində 21 nəfər həlak olub

Keniyanın paytaxtı Nayrobidə mehmanxana kompleksinə edilən hücum nəticəsində ölənlərin sayı 21-ə çatıb. Daha öncə 14 nəfərin öldüyü bildirilirdi.

Keniya polisinin rəhbəri Cozef Boynett bildirib ki, yanvarın 15-də paytaxtın Vestland rayonunda yerləşən Dasit mehmanxana kompleksinə terrorçular hücum etmişlər. Hücum nəticəsində ölənlərin sayı 21-ə çatıb, 1 polis əməkdaşı ağır yaralanaraq həyatını itirib.

Qeyd edək ki,  mehmanxana kompleksinin yaxınlığında əvvəlcə içində partlayıcı olan 3 avtomobil partladılmışdır, üzərində patlaycı olan terrorçunun otelin girişində özünü partlatmasından sonra terrorçu qrup içəri girərək hər tərəfi atəşə tutmuşdur. Qorxuya düşmüş insanlar pəncərələrdən atılaraq qaçmışlar. Ətrafdakı kafe və restoranlardakı müştərilər  də qorxu içərisində qaçaraq canlarını qurtarmağa çalışmışlar.  .

 Ölkə başçısı Uhuru Keniata hücumun başlanmasından 20 saat sonra bəyan edib ki, kompleksdə xüsusi əməliyyat başa çatdırılıb və terrorçular məhv edilib.

“Xalq qəzeti”

 

17 2019 12:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Avqust 2019 | 17:46
ABŞ-da təyyarə qəzası

Köhnə versiyamızdan xəbərləri izlə