• USD: 1.7000
  • EUR: 1.9377
  • RUB: 0.0257
  • TRY: 0.3178
  • Bakı + 11.9 ° C / 80%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xəzəryanı ölkələr arasında əməkdaşlıq təhlükəsizliyin qarantıdır

Xəzəryanı ölkələr arasında əməkdaşlıq təhlükəsizliyin qarantıdır

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının avqustun 12-də keçirilən V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusunu müəyyənləşdirən konvensiya tarixi razılaşma ilə bağlı uzun müddət aparılan müzakirələrin məntiqi nəticəsidir. Bu sənəd dənizin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələr arasında illərdən bəri davam edən ziddiyyətlərin əməkdaşlıqla əvəzlənməsini reallaşdırır. 
Xəzərdə tarixi razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar bundan sonra birgə işləniləcək, Xəzəryanı dövlətlərə və xalqlara böyük fayda gətirəcəkdir. 
Xəzəryanı ölkələrin dövlət başçılarının imzaladığı sənəd xoş məram, etimad, qarşılıqlı ehtiram, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində gerçəkləşib. 
Zirvə toplantısında dövlətimizin başçısı cənab İlham Əliyev çıxışında respublikamızın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətlərinin uğurla inkişaf etdiyini, ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin Xəzər dənizində sabitliyə və təhlükəsizliyə müsbət təsir göstərdiyini diqqətə çatdırıb. Azərbaycan Prezidenti bəyanatında bu barədə deyib: “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi əhəmiyyətli sənəddir. Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib. Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyənləşdirən bu mühüm sənədi bu gün imzaladığımız üçün həmkarlarıma fəal işlərinə görə təşəkkürümü bildirmək istərdim.
Konvensiya imzalanana qədər də bizim ikitərəfli və çoxtərəfli münasibətlərimiz kimi Xəzər təhlükəsizlik, sabitlik dənizi və Xəzərdə sabitliyin və təhlükəsizliyin qarantı idi. Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur və bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır”. 
 Konvensiya mühüm hüquqi baza rolunu oynamaqla, sahilyanı dövlətlər arasında sahəvi əməkdaşlıq üçün çərçivə formalaşdırır və onlar arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu baxımdan, sözügedən sənədin Azərbaycanın müstəqilliyinə və Xəzər dənizində suveren hüquqlarının təsbitinə müsbət təsiri danılmazdır. 
İsfəndiyar ABBASOV, 
 iqtisadiyyat üzrə fəlsəfə doktoru

17 2018 23:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin