Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İlk batareyasız çip

“Wiliot” startapı “National Retail Federation” (NRF) sərgisində ölçülmüş məlumatları 3 metrədək məsafəyə ötürə bilən innovativ telemetrik sensor təqdim edib. Bildirilir ki, çip naqil və batareyaya malik deyil, “havadan” əldə olunan enerji ilə işləyir.

“ARM” prosessorla təchiz edilmiş kiçikölçülü modul obyektlərin çəkisini və temperaturunu “hiss edə” və bu məlumatları şifrələnmiş kanal vasitəsilə ötürə bilir. Yarımkeçirici çip “Bluetooth”, “Wi-Fi” və mobil şəbəkələrdən yayılan elektromaqnit enerjisi ilə işləyir.
İnformasiyanı “hitech.vesti.ru” yayıb.

 

Hazırladı:
Elçin ABBASOV,
“Xalq qəzeti”

16 2019 21:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə