Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanacağın qiyməti artırılıb

Çin Milli İnkişaf və İslahat Komissiyasının qərarına əsasən, benzinin və dizel yanacağının hər tonunun qiyməti 105 yuan (təxminən 15,5 ABŞ dolları) artırılıb. Bu, cari ildə ilk qiymət artımıdır. Bildirilir ki, qiymət artımına səbəb dünya bazarında xam neftin qiymətinin qalxması olub.

Qeyd edək ki, Çində qüvvədə olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuandan yuxarı həddə qalxarsa və bu qiymət 10 iş günü ərzində qüvvədə olarsa, Çin hökuməti neft məhsullarının satış qiymətini də müvafiq qaydada artırır.
Məlumatı “Anadolu” agentliyi yayıb.

 

Hazırladı:
Elçin ABBASOV,
“Xalq qəzeti”

16 2019 21:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə