Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Klement Balili həbs edilib

Albaniyanın ən böyük narkobaronu, “Alban Eskobarı” ləqəbli Klement Balili iki illik axtarışdan sonra polisə təslim olub. Bununla əlaqədar ABŞ səfirliyi və ATƏT-in missiyası Albaniya hökumətini təbrik edib.

Ələ keçirilən “Alban Eskobar”a qarşı 4 maddə üzrə ittiham irəli sürülməsi nəzərdə tutulub. Qeyd edək ki, 46 yaşlı Klement Balili külli miqdarda narkotik qaçaqmalçılığında ittiham olunur. Təkcə Yunanıstan hökuməti onu 700 kiloqram marixuana qaçaqmalçılığında ittiham edib.
İnformasiyanı TASS yayıb.

 

Hazırladı:
Elçin ABBASOV,
“Xalq qəzeti”

16 2019 21:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə