Ən son xəbərlər
Rusiya Prezidenti Vladimir Putinə qarşı sui-qəsd planlaşdıran şəxs yaxalanıb. Məlumata görə, Serbiyanın Novi-Pazar şəhəri yaxınlığındakı Potok qəsəbəsində saxlanılan şəxs vəhhabi dini cərəyanına qulluq edir. Gəncin çantasından optik nişangahlı tüfəng aşkarlanıb.
Onun evində axtarış zamanı partlayıcı qurğu üçün nəzərdə tutulan avadanlıqlar da aşkar edilib. Bundan başqa, evdə İŞİD bayrağı da tapılıb.
Xatıraldaq ki, Vladimir Putin bu gün Serbiyaya səfər edəcək.
Məlumatı RİA “Novosti” yayıb.
Hazırladı:
Elçin ABBASOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə