Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar zəruri tədbirlər görülür

Gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar zəruri tədbirlər görülür

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət  Əmək  Müfəttişliyi Xidməti ölkəmizin ərazisində yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-də gündüzədək gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar işəgötürənlərə müraciət edərək, qeyd olunan vaxtlarda açıq havada işləyən işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlərin görülməsi barədə məlumat verir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən işçilərə qızınmaq üçün fasilələr verilməli və ya iş dayandırılmalıdır.

İşlərin dayandırılması zamanı işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə fasilənin sayı, müddəti  müəyyənləşdirilməli, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli və bu fasilələr zamanı da əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqının işçinin təqsiri səbəbindən baş verməyən boşdayanma kimi və tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 2019 17:15 - EKOLOGİYA
EKOLOGİYA
17 Avqust 2019 | 16:54
Moskvaya güclü istilər gəlir
16 Avqust 2019 | 17:37
Peterburqa qar yağıb

Köhnə versiyamızdan xəbərləri izlə