Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Lavrov: Rusiya, Azərbaycan və İran yeni üçtərəfli sammit hazırlayır

Lavrov: Rusiya, Azərbaycan və İran yeni üçtərəfli sammit hazırlayır

Rusiya Azərbaycan və İranla yeni üçtərəfli sammitin hazırlanması ilə məşğuldur. Trend-in məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

S.Lavrov Rusiya--İran--Azərbaycan sammitinin baş tutacağına əmin olduğunu bəyan edib.

Azərbaycanın da iştirakı ilə digər mümkün formatlara gəlincə, nazir vurğulayıb ki, bu barədə hələ danışıqlar aparılmayıb. S.Lavrov bildirib ki, Azərbaycan və Rusiya arasında münasibətlər kifayət qədər dayanıqlıdır və irəliləyir: "Bizim iqtisadi qurumlarımız da sıx əməkdaşlıq edirlər. Ötən il Prezidentlər Vladimir Putin və İlham Əliyevin himayəsi ilə növbəti dəfə Bakı Beynəlxalq Humanitar Forumu keçirildi. Bir çox rəsmi tədbirlər keçirilib, həmçinin Rusiyada çox populyar olan "Jara" festivalı kimi tədbirlər bizi bağlayır".

Nazir münasibətlərin yaxşılaşması baxımından ötən ili olduqca müsbət qiymətləndirib.

16 2019 16:08 - SİYASƏT
SİYASƏT
11 Aprel 2019 | 16:46
Vyanadan sonrakı çaşqınlıq

Ən son xəbərləri səhifəmizdən də izləyin