Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hərbi Akademiyada NATO-nun ekspert qrupu ilə işçi görüşü keçirilir

Hərbi təhsil sisteminin müəyyən  sahələrinin inkişafina yardım üzrə NATO-nun “Müdafiə təhsilinin genişləndirilməsi” proqramına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında Alyansın ekspert qrupu ilə işçi görüşü keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, NATO-nun ekspert qrupu ilə hərbi təhsil müəssisələrinin müəllimləri dərs planlarının və proqramlarının hazırlanmasına və qiymətləndirməyə dair müzakirələr aparırlar.  
Yanvarın 17-dək davam edəcək işçi görüşü çərçivəsində yerli müəllimlər açıq dərslər keçirəcəklər. Sonda isə bu açıq dərslərin ümumi nəzəriyyəsinin müzakirəsi və qiymətləndirilməsi olacaqdır.

 

“Xalq qəzeti”

16 2019 13:23 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə