Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ötən il 47,7 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur

Ötən il 47,7 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ildə 47,7 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,5 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 9,1 faiz, neft sektorunda isə 0,4 faiz artmışdır.

Dövlət Statistika Komitəsindən aldığımız məlumatda deyilir ki, sənaye məhsulunun 73,0 faizi mədənçıxarma sektorunda, 22,2 faizi emal sektorunda, 4,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik qaz hasilatı 5,8 faiz artmış, neft hasilatı isə ötən ilin səviyyəsində qalmışdır.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 31,0 dəfə, tütün məmulatlarının istehsalı 2,7 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,5 dəfə, mebel istehsalı 2,1 dəfə, poliqrafiya məhsullarının istehsalı 82,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 42,4 faiz, tikinti materiallarının istehsalı 26,3 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 23,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 14,0 faiz, içkilərin istehsalı 12,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 11,4 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 9,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 1,4 faiz, artmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 7,0 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,7 faiz artmışdır.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

16 2019 13:03 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin