Ən son xəbərlər

Son buraxılış
Arxiv

Makedoniya Prezidenti və hökumət bir-birini ittiham edir

Makedoniya Prezidenti və hökumət bir-birini ittiham edir

Makedoniya Prezidenti George İvanov və respublika hökuməti bir-birini konstitusiyanı pozmaqda ittiham edir.

Narazılığın səbəbi prezidentin imzası olmadan "Xidməti xəbərlər"  nəşrində alban dilinə ölkənin ikinci rəsmi dili statusu verilməsi haqqında qanunun dərc edilməsidir. Qanun parlamentin spikeri Tələt Cəfəri tərəfindən dərc olunduqdan sonra prezident və müxalifət buna etiraz etmişlər.

George İvanov bəyan edib ki, qanunun dərci Makedoniya Konstitusiyasının 75-ci paraqrafını pozur və cinayət məsuliyyəti yaradır.

Nazirlər Kabinetindən isə dövlət başçısına cavab olaraq bildirilib ki, parlament qanunu ikinci dəfə təsdiq etdikdən sonra prezident onu imzalamağa borcludur. Presedent yaranmaması və  sistemin fəaliyyətinin bloklanmasına mane olmaq üçün spiker qanunu dərc etdirmişdir.

Xatırladaq ki, Makedoniya Prezidenti ötən ilin martında ölkənin ikinci rəsmi dili haqqında qanunu imzalamaqdan növbəti dəfə imtina etmişdi. Prezidentin səlahiyyət müddəti bu ilin may ayında sona çatır və apreldə yeni seçkilərin keçirilməsi gözlənilir.

 

“Xalq qəzeti”

16 2019 13:01 - SİYASƏT
SİYASƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin