Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daşkəsəndə epizootiya əleyhinə profilaktik tədbirlərə başlanılıb

Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə DBX yerlərdə xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya və digər işlər görür.

Daşkəsən Rayon Baytarlıq İdarəsi cari ilin ilk günlərindən başlayaraq “Epizotiya  əleyhinə diaqnostika  və  profilaktik  tədbirlər planı”na uyğun  rayon ərazisində saxlanılan heyvanlar və quşlar arasında profilaktiki peyvəndləmə tədbirləri və diaqnostik müayinələrin icrasına start verib.

 Hazırda baytar həkimlər tərəfindən bu tədbirlər ardıcıl şəkildə davam etdirilir. Qeyd edək  ki, mütəxəssislər tərəfindən 2018-ci  il ərzində həssas heyvanlardan (qoçlardan) qan nümunələri alınaraq  müayinə edilib və peyvəndləmə tədbiri aparılıb. Həmçinin başa vurduğumuz il ərzində rayonda 15847 kvadratmetr sahədə profilaktik dezinfeksiya tədbirləri icra olunub.

Aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri tərəfindən iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilərək baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilmələri tövsiyə edilib. Təsərrüfatlarda hər hansı narahatçılıq olan zaman baytar həkimi ilə sıx əlaqə saxlamalarının vacibliyi vurğulanıb. Həmçinin rayonun baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr verilib. 

Bundan sonra isə Daşkəsən rayonunda epizootik plana uyğun olaraq ev quşları arasında xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Cari ildə dövlət vəsaiti hesabına alınan, “soyuq zəncir” rejimi gözlənilməklə bölgü əsasında sahə baytarlıq məntəqələrinə çatdırılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən “Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı”na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti lazımi təşkilatı tədbirləri davam etdirir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 2019 11:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə