Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ötən il sosial sığorta daxilolmalarında 11,8 faiz artım olub

Ötən il sosial sığorta daxilolmalarında 11,8 faiz artım olub

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən aparılan islahatların mühüm bir istiqaməti də sosial sığorta daxilolmaları sahəsində inzibatçılığın təkmilləşdirilməsinə, sosial sığorta haqlarının toplanması istiqamətində fəaliyyətin səmərəli və şəffaf təşkilinə yönəlib. 

Görülən tədbirlər nəticəsində 2018-ci ildə ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2017-ci illə müqayisədə 279,3 milyon manat və ya 8,3 faiz artaraq 3678,3 milyon manata, o cümlədən sosial sığorta daxilolmaları 246,5 milyon manat və ya 11,8 faiz artaraq 2332,2 milyon manata çatıb.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, qeyri-büdcə sektorundan sosial sığorta haqlarının toplanmasında da müsbət nəticə əldə edilib. Belə ki, qeyri-büdcə sektoru üzrə daxilolmalarda 152,4 milyon manat və ya 11,4 faiz artım qeydə alınıb və bu istiqamət üzrə proqnozun icrası 106,1 faiz (86 milyon manat və ya 6,1 faiz çox) yerinə yetirilib.

Eyni zamanda, fərdi uçot sistemində şəxsi hesabların sayı 170 min artaraq 3 736 551-ə çatıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 2019 11:31 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə