Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyət Nazirliyinin dəstəyi ilə yeni kitablar işıq üzü görmüşdür

Mədəniyyət Nazirliyinin dəstəyi ilə yeni kitablar işıq üzü görmüşdür

Xalq yazıçısı Anarın “Söz dünyası” kitabının birinci cildi Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə işıq üzü görmüşdür.

Kitaba müəllifin müxtəlif illərdə yazdığı icmal məqalələr, portret-oçerklər, esselər, xatirələr daxildir. Ədəbiyyatımızın və incəsənətimizin zənginliyindən, ayrı-ayrı görkəmli şəxsiyyətlərindən bəhs edən kitab Azərbaycan ədəbiyyatının, incəsənətinin, mədəniyyətinin böyük təəssübkeşi və hamisi ulu öndər Heydər Əliyevin işıqlı xatirəsinə ithaf olunur.

Kitab zəngin mədəni irsimizlə maraqlanan oxucular, eləcə də gələcək nəsillər üçün faydalı məxəz olacaqdır.

Görkəmli nasir və şair, Əməkdar incəsənət xadimi Vidadi Babanlının iki cilddən ibarət “Seçilmiş əsərləri” Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə işıq üzü görmüşdür.

Kitabın birinci cildində yazıçının əlli ilə yaxındır sevilə-sevilə oxunan “Vicdan susanda” romanı, həmçinin “Həyat bizi sınayır” və “Ana intiqamı” povestləri, ikinci cildində isə “Müqəddəs ocaq”, “Ömürlük əzab” romanları və “Mənim gizlinlərim” memuarı daxil edilmişdir.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

16 2019 11:21 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
15 Fevral 2019 | 16:49
Cəlil Məmmədquluzadə – 150

Ən son xəbərləri səhifəmizdən də izləyin