Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasında “Kəlağayı - Azərbaycan ipəyinin dürdanəsi“ adlı özbək dilində məlumat yerləşdirilib

Azərbaycanın mədəniyyətinin təbliği və ölkəmiz haqqında dünya ictimaiyyətinin informasiya təminatını həyata keçirmək məqsədi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Wikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyası üzrə Azərbaycana dair Özbək dilində bölmələrin yaradılması işi davam etdirilir. Artıq ölkəmizə dair Özbək dilində bir sıra yeni məlumatlar hazırlanmış və istifadəçilərə təqdim olunmuşdur.

Bu işin davamı olaraq,  Azərbaycan mədəniyyətinin rəmzlərindən biri olan və ən qədim sənət növlərindən sayılan kəlağayı haqqında Özbək dilində məlumat yerləşdirilib. Məlumatda Azərbaycanda unikal, ənənəvi qadın baş geyimi olan kəlağayının tarixi, onun hazırlanması, nəfis Azərbaycan ipəyinin üzərində vurulan füsunkar naxışlar, bu naxışların mənası, elmi açıqlaması, kəlağayının dünyaya tanıdılması, Azərbaycanın kəlağayı sənətinin 2014-ci ilin noyabrında YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi barədə qeyd edilmişdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

16 2019 11:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə