Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azadlıq aşiqləri günü - 20 Yanvar” adlı rəsm sərgisi

“Azadlıq aşiqləri günü - 20 Yanvar” adlı rəsm sərgisi

Bakı Xətai Sənət Mərkəzində "Azadlıq aşiqləri günü - 20 Yanvar" adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.

Mərkəzdən  bildirib  ki,  yanvarın 17-də reallaşacaq sərgi Mədəniyyət Nazirliyi, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşəcək.

Mərkəz direktoru müsabiqə barədə məlumat verərək deyib ki, müsabiqəyə 400-ə yaxın uşaq 700-dək əsər ilə qatılıb. Münsiflər heyətinin qərarı ilə 110 uşağın işi sərgidə nümayiş edilmək üçün seçilib. Sərgidə nümayiş ediləcək 120-dək sənət əsərinin müəllifləri sonda diplomla təltif ediləcək.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

16 2019 11:14 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə