Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bəşəriyyət tarixində bir ilk - Ayda bioloji sınaq keçirildi

Ayın qaranlıq səthinə uğurlu eniş edən Çinin "Çane-4" kosmik aparatı bəşəriyyət tarixində bir ilkə imza atıblar.

Aparat ilk bioloji təcrübəni Ayın səthinə uğurla göndərib. Bu barədə Çinin Mərkəzi televiziyası məlumat yayıb. Aparat artıq bioloji təcrübə ilə bağlı foto da göndərib. Fotolardan məlum olub ki, pambıq toxumunun zoğunda artım müşahidə edilib. Bu isə bəşəriyyət tarixində ilk dəfə olaraq Ayın səthində ilk bioloji təcrübənin həyata keçirilməsi deməkdir.

Təcrübə üçün altı bioloji növ seçilib. Bunlar pambıq, raps (bitki növü), kartof, drozofil, maya və kələm ailəsinə məxsus bir bitki növüdür. Sonuncu fotolar isə pambıq zoğunda artımın yaxşı olduğunu göstərir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

16 2019 11:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə