Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnsan sağlamlığının qorunması başlıca vəzifələrdən biridir

İnsan sağlamlığının qorunması başlıca vəzifələrdən biridir

Sosial siyasətin tərkib hissəsi olan səhiyyə sahəsindəki islahatlar, qoyulan investisiyalar bir məqsədi güdür ki, ölkəmizin vətəndaşları sağlam olsunlar, yüksək səviyyəli tibbi xidmət ala bilsinlər. Dövlət başçısının göstərişi ilə həyata keçirilən genişmiqyaslı layihələrdən əldə edilən nəticələr bunu deməyə əsas verir ki, ölkəmizdə səhiyyə yeni, daha mükəmməl mərhələyə qədəm qoyub.
Son 15 il ərzində ölkəmizdə 600-dən çox xəstəxana, tibb müəssisəsi ya yenidən tikilib, ya da əsaslı təmir edilib. Bölgələrin əksəriyyətində müasir xəstəxanalar artıq tikilib və bir neçə şəhərdə tikinti işləri davam edir. İşimizlə əlaqədar rayonlarda tez-tez oluruq və bu tikinti işlərinin şahidiyik. Əminliklə demək olar ki, yaxın gələcəkdə Azərbaycanın bütün şəhər və rayonlarında müasir tibbi mərkəzlər olacaq.
Təqdir olunmalıdır ki, son illərdə 5 milyondan çox insan hər il dövlət xətti ilə tibbi müayinədən keçir. Bu, dövlət başçısının təşəbbüsüdür və dünyanın nadir ölkələrində belə müayinələr həyata keçirilir. Cənab Prezidentin bu təşəbbüsü irəli sürməkdə yeganə məqsədi odur ki, vətəndaşlar, sağlamlıqlarında olan hər hansı problemi vaxtında aşkar etsinlər və yüksək səviyyəli müalicə alsınlar. Bu proqram nəticəsində minlərlə insan artıq lazımi səviyyədə müalicə alır. 
Bir oftalmoloq olaraq deyə bilərəm ki, ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri kimi akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi də həyata keçirdiyi  tədbirləri gündən-günə artırır. 2005-ci ildən mərkəzin avtomobil səyyar klinikası mütamadi olaraq paytaxtda və respublikanın müxtəlif regionlarında pasientlərə xidmət göstərir. 2018-ci ildən isə mərkəzin səyyar qatarı fəaliyyətə başlayıb. Səyyar klinikalar vasitəsilə respublikanın bölgələrində olur, göz xəstəliklərindən əziyyət çəkənləri müayinə edir, ehtiyac olanda əməliyyatlar həyata keçiririk. 
Bilirik ki, diaqnostika və müalicə bir-biri ilə vəhdət təşkil edir. Çox yaxşı haldır ki, yanvarın 14-də Qobustanda açılan bu yeni xəstəxanada həm diaqnostika, həm də poliklinika şöbəsi, təcili yardım stansiyası və əməliyyat aparmaq üçün imkanlar, doğum şöbəsi var. Yeni təşkil edilən hemodializ və travmatologiya şöbələri Qaradağ rayonu tarixində ilk dəfə fəaliyyət göstərəcək. Həmçinin bu xəstəxana ətraf qəsəbələrin sakinlərinə də xidmət edəcək. Dövlət başçısı açılış mərasimindəki nitqində bu barədə bildirmişdir: “On minlərlə insan bu imkanlardan istifadə edəcək. Əlbəttə ki, bu xəstəxanada dializ şöbəsinin yaradılması xüsusi məna daşıyır. Çünki mənə verilən məlumata görə, burada böyrək xəstələri var ki, onlar da müntəzəm olaraq Bakıya dializ almaq üçün getməli olurdular. Bu da həm məsrəfdir, həm də narahatlıqdır, əziyyətdir. Ona görə, burada indi dializ şöbəsinin yaradılması bu insanlara da böyük dəstək olacaq, onlar öz sağlamlığını burada bərpa edəcəklər”. 
Səhiyyədə aparılan islahatlar biz mütəxəssisləri çox sevindirir. Görürük ki, dövlət başçısının yeganə məqsədi insanların sağlamlığını qorumaq və onun qayğısına qalmaqdır. Bunu cənab Prezident  açılış mərasimində xüsusi vurğulamışdır: “Biz bütün bunları, bütün bu işləri ona görə görürük ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar və onları narahat edən məsələlər öz həllini tapsın Keçən ilin nəticələri çox müsbətdir. Əminəm ki, 2019-cu ildə biz bu müsbət dinamikanı saxlayacağıq, ölkəmiz uğurla inkişaf edəcək və bütün məsələlər öz həllini tapacaq”. 

 

Yazgül ABDIYEVA,
tibb üzrə fəlsəfə doktoru

 

15 2019 21:50 -
20 Fevral 2019 | 23:44
“Cəzasız cinayət”

Ən son xəbərləri səhifəmizdən də izləyin