Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərikard” MMC AÇIQ TENDER ELAN EDİR

“Azərikard” MMC AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot -1. IBM Avadanlıq və Sistem Proqram Təminatı üçün uzadılmış zəmanət xidmətinin satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
İştirak haqqı 300 manatdır. 
VÖEN-1400318341
Bank-“Azərbaycan Beynəlxalq ­Bankı” ASC
“Müştəri Xidmətləri Departamenti”
Kod-805250
M/h-AZ03NABZ 01350100000000002944
VÖEN- 9900001881
SWIFT-IBAZAZ2X
H/h- AZ79IBAZ 40060019449311555120 AZN
İştirak haqqı heç bir halda geri ­qaytarılmır.
İştirakçılar Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Bülbül prospekti 54 nömrəli ünvandan (əlaqələndirici şəxs- Azər Səmədovdan (012 505 21 51 (8057) və Azər Qarayevdən (012 505 21 51 (8064)) əldə edə bilərlər.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (tender zərflərinin açıldığı tarixdən (27 fevral 2019-cu il) sonra azı 30 (otuz) bank günü (yəni ,ən azı 2019-cu il aprelin 18- dək) qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1(bir) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətinin sonuncu günündən azı 30 bank günü çox olmalıdır (yəni ən azı 2019-cu il iyunun 3-dək qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
-digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət ­satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 12 fevral 2019-cu il saat ­18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 26 fevral 2019-cu il saat 18.00-a qədər Bakı şəhəri, Bülbül prospekti, 54 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 27 fevral 2019-cu il saat 15.00-da Bakı şəhəri, Bülbül prospekti 54 nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

15 2019 21:32 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 Fevral 2019 | 03:37
B İ L D İ R İ Ş
21 Fevral 2019 | 03:36
B İ L D İ R İ Ş
21 Fevral 2019 | 03:36
B İ L D İ R İ Ş

Ən son xəbərləri səhifəmizdən də izləyin