Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzi “Novruz-Bahar festivalı” adlı mədəni-kütləvi tədbirin keçirilməsi, sair xərclərin (malların, iş və xidmətlərin) satınalınması üçün AÇIQ TENDER ELAN EDİR

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzi “Novruz-Bahar festivalı” adlı mədəni-kütləvi tədbirin keçirilməsi, sair xərclərin (malların, iş və xidmətlərin) satınalınması üçün AÇIQ TENDER ELAN EDİR

Tender 3 lot üzrə keçirilir.
Lot-1. “Novruz-Bahar festivalı” adlı mədəni-kütləvi tədbirin keçirilməsi ilə əlaqədar iş və xidmətlərin satınalınması .
Lot-2.Tədbirlərin və konfransların keçirilməsi ilə əlaqədar iş və xidmətlərin satınalınması. 
Lot-3. Sair xərclərin (malların, iş və xidmətlərin) satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzi, Bakı şəhəri, İçərişəhər, V.Məmmədov küçəsi 16 nömrəli (əlaqələndirici şəxs-Allahverdiyev Kəmbiz Çingiz oğlundan, telefon- (012) 497-64-81) ünvandan ala bilərlər. 
İştirak haqqı hər bir lot üçün 150 ­manatdır.
Müəssisə-Elmi-Mədəni Mərkəz
VÖEN- 1700852341
Hh-AZ11IBAZ38060019446074502204
Bank- “Azərbaycan Beynəlxalq Bankı” Mərkəz filialı 
Коd- 805722
VÖEN - 9900001881
М/h- AZ03NABZ01350100000000002944
S.W.I.F.T. IBAZAZ2X 
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə ­olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; 
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; 
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; 
- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları; 
- digər sənədlər: analoji işlərin yerinə yetirilməsinə dair iddiaçının potensial imkanları haqqında məlumat və Dövlət Sosial Müdafiə Fonduna borcun olub-olmamasına dair arayış.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). 
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
 İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 20 fevral 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 28 fevral 2019-cu il saat 17.00-a qədər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzi, Bakı şəhəri, V.Məmmədov küçəsi 16 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 1 mart 2019-cu il saat 11.00-da , Elmi-Mədəni Mərkəzin Bakı şəhəri, İçərişəhər, V.Məmmədov küçəsi 16 nömrəli ünvanda açılacaqdır.

 

Tender komissiyası

15 2019 21:30 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 Avqust 2019 | 02:26
B İ L D İ R İ Ş
16 Avqust 2019 | 12:34
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə