Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya–ABŞ məsləhətləşmələri başa çatıb

Rusiya–ABŞ məsləhətləşmələri başa çatıb

Dünən Cenevrədə orta və yaxın mənzilli raketlərin ləğvi haqqında müqavilə (DRSMD) üzrə Rusiya–ABŞ məsləhətləşmələri başa çatıb. Məlumatı “İnterfaks” verib. 
Rusiya tərəfdən danışıqlarda xarici işlər nazirinin müavini Sergey Ryabkov, Amerika tərəfdən isə dövlət katibinin birinci müavini Andrea Tompson iştirak ediblər. Görüş Rusiyanın BMT-də və digər beynəlxalq təşkilatlarda daimi nümayəndəliyinin binasında mətbuat üçün qapalı şəraitdə keçirilib. 
Bu, ABŞ Prezidenti Donald Trampın oktyabrın ­20-də ölkəsinin müqavilədən çıxmaq niyyətlərini bəyan etməsindən sonra baş tutmuş ilk məsləhətləşmələrdir. Tramp bu qərarını Rusiyanın müqavilənin şərtlərini pozması ilə əsaslandırmışdı. 
Son illərdə Moskva və Vaşinqton bir-birini müqavilənin şərtlərini pozmaqda ittiham edirdi. Rəsmi Moskva dəfələrlə bəyan edib ki, öz üzərinə düşən öhdəlikləri yerinə yetirir. XİN başçısı Sergey Lavrov qeyd edib ki, amerikalıların müqaviləyə əməl etməsi ilə bağlı Rusiyanın ABŞ-a qarşı çox ciddi sualları var. 

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

15 2019 21:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Avqust 2019 | 17:46
ABŞ-da təyyarə qəzası

Köhnə versiyamızdan xəbərləri izlə