Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mövlud Çavuşoğlu: Türkiyə ABŞ-ın təhdidlərindən qorxmur

Mövlud Çavuşoğlu: Türkiyə ABŞ-ın təhdidlərindən qorxmur

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada lüksemburqlu həmkarı Jan Asselbornla birgə mətbuat konfransı keçirib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 
Türkiyənin xarici siyasət idarəsinin rəhbəri ABŞ ­Prezidenti Donald ­Trampın Suriya ilə bağlı son bəyanatını şərh edərkən deyib ki, strateji tərəfdaşlar bir-birinə qarşı sosial şəbəkələrdə təhdidlərə yol verməməlidir. 
Xatırladaq ki, Ağ evin hazırkı başçısı özünün “twitter” səhifəsində ölkəsinin qoşunlarının Suriyadan çıxarmaqda israrlı olduğunu bildirib. Bununla bərabər, “kürdlərə hücum edəcəyi təqdirdə Türkiyəni iqtisadi cəhətdən çökdürəcəyi ilə” hədələyib. 
Türkiyəli nazir ölkəsinin ABŞ-ın təhdidlərindən qorxmadığını bildirib. Qeyd edib ki, ABŞ-da indi ölkə Prezidentinə Suriya məsələsində güclü təzyiq göstərirlər. M.Çavuşoğlu deyib: “Birləşmiş Ştatların güc qurumları Ağ evə təzyiqləri artırıblar. Onlar hər vəchlə Amerika qoşunlarının Suriyadan çıxmasının qarşısını almağa çalışırlar”. 
Rəsmi Ankara isə Suriyanın şimalında PKK-nın törəməsi olan YPG terrorçuları ilə mücadiləni bundan sonra da qətiyyətlə davam etdirmək əzmindədir. M.Çavuşoğllu mətbuat konfransında vurğulayıb ki, Türkiyə regionda kürdlərlə yox, məhz terrorçularla mübarizə aparır. 

 

M.HACIXANLI, 
“Xalq qəzeti” 

15 2019 21:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin