Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rann şəhəri terrorçuların əlinə keçib

Rann şəhəri terrorçuların əlinə keçib

İŞİD təşkilatına bağlı terrorçu qrupun Nigeriyanın şimal-şərqində yerləşən Rann şəhərini ələ keçirdiyi bildirilir. 
“Reuters”in yaydığı xəbərə görə, şəhər bütövlükdə terrorçuların nəzarəti altına keçib. Məlumatda deyilir ki, hökumət təmsilçilərinin tərk etdiyi şəhərdə ordu və terrorçular arasında qanlı döyüşlər gedir. Tikililərin bir hissəsinin dağıldığı, sakinlərin öz evlərindən didərgin düşdüyü bildirilir.
Yerli “The Daily Post” nəşrinin yazdığına görə, Rann şəhəri 2016-cı ildə “Boko Haram” ekstremist təşkilatından ayrılaraq İŞİD-ə sadiqlik andı içmiş “Qərbi Afrika İslam Dövləti” tərəfindən işğal edilib. 
Qeyd edək ki, adıçəkilən bu təşkilatla mübarizə Nigeriyanın 2015-ci ildə hakimiyyətə gəlmiş dövlət başçısı Məhəmməd Buxarinin seçkiqabağı kampaniyasının əsas şüarı idi. Hesab edilir ki, bütöv bir şəhərin terrorçuların əlinə keçməsi Buxarinin bu ilin fevral ayında keçiriləcək növbəti seçkidə yenidən prezident seçilmək planına böyük zərbədir.
Xatırladaq ki, Rann şəhərinin işğalı Qərbi Afrika İslam Dövləti təşkilatının Nigeriyadakı ilk qələbəsi deyil. Belə ki, ötən ilin sentyabr ayında terrorçuların hərbi bazaya hücumu nəticəsində 30 Nigeriya hərbçisi öldürülmüşdü. Hərbi bazanı bir müddət ələ keçirən yaraqlılar hava zərbələri ilə zərərsizləşdirilmişdilər.
Dekabrda isə terror qruplaşması Baqa şəhərinə hücum edərək, 30 min insanın qaçqın düşməsinə səbəb olmuşdu. Yanvarda şəhər ordu tərəfindən geri qaytarılmışdı. 

 

Aida AYSA, “Xalq qəzeti”

15 2019 21:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Aprel 2019 | 22:11
And və əməl

Ən son xəbərləri səhifəmizdən də izləyin