Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İranda güclü qar və çovğun

İranda güclü qar və çovğun

İranın 14 vilayətində güclü qar və çovğun baş verib. Dağlıq ərazilərdə və yollarda 1800 vətəndaşa kömək göstərilib.
Trend-in məlumatına görə, bunu İranın Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib.
Onun sözlərinə görə, ötən 48 saat ərzində 14 vilayət – Həmədan, Mazandaran, Lorestan, Kürdüstan, Qəzvin, Simnan, Zəncan, Xuzistan, Çahar-Mahal və Bəxtiyari, Əlborz, İsfahan, Ərdəbil, Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətində güclü qar yağıb və çovğun olub.
Səlimi əlavə edib ki, çoxlu sayda insan müvəqqəti məkanlarda yerləşdirilib. 275 avtomobil isə qardan çıxarılıb.

15 2019 21:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə