Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əhali azalır

Əhali azalır

2018-ci ilin 11 ayı ərzində Rusiyada ölənlərin sayı doğulanların sayından 200 min nəfər artıq olub. Bu barədə baş nazirin müavini Tatyana Qolikova bildirib. 
Onun sözlərinə görə, bu vəziyyət özünü daha çox Pskov, Smolensk, Tambov, Tver və Tula vilayətlərində göstərir. Bu ərazilərdə əhali hər min nəfərə 7 nəfər hesabı ilə azalıb. 
Əhali artımı yalnız Şimali Qafqazda, Tümen, Tuva və Yakutiyada qeydə alınıb. 
İnformasiyanı “Lenta.ru” verib. 

Hazırladı:
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

 

15 2019 21:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin