Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanvarın 16-da gözlənilən hava şəraiti

Yanvarın 16-da gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Yanvarın 16-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 10-15, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında

Yanvarın 16-da hava əsasən yağmursuz keçəcək. Ayı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji xəbərdarlıq

Yanvarın 17-18-də  Abşeron yarımadasında çox güclü xəzri küləyinin əsəcəyi və havanın temperaturunun ötən günlə müqayisədə 10 dərəcə aşağı enəcəyi gözlənilir. Hava şəraitinin belə kəskin dəyişməsi əksər əhali üçün çox əlverişsizdir.

Xəbərdarlıq

Yanvarın 15-i gündüz, 16-da Bakıda və Abşeron yarımadasında arabir güclənən cənub-qərb küləyi əsəcək.

Yanvarın 16-da bəzi rayonlarda cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

15 2019 17:23 - EKOLOGİYA
EKOLOGİYA

Ən son xəbərləri səhifəmizdən də izləyin