Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək

Bakıda V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək

Yanvarın 26-27-də Badamdar qəsəbəsində yerləşən Dubay International Oteldə V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən aldığımız mılumatda bildirilir ki, konfransın əsas məqsədi arı xəstəliklərinin qarşısını almaq, arıçılıqda məhsuldarlığı artırmaq və arıçıların öz məhsullarını yerli və xarici bazara çıxarması yollarını araşdırmaqdır.

Konfransda Almaniya, Türkiyə, Rusiya, Ukrayna və Gürcüstandan olan elm adamları öz təcrübələrini yerli arıçılarla bölüşəcəklər.

Konfransda, həmçinin müvafiq dövlət orqanlarının, ictimai birliklərin nümayəndələri və iş adamları da iştirak edəcəklər.

 

“Xalq qəzeti”

15 2019 16:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Aprel 2019 | 22:11
And və əməl

Ən son xəbərləri səhifəmizdən də izləyin