Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“AQRAR XİDMƏTLƏR AGENTLİYİNİN YARADILMASI OPTİMALLAŞMANI TƏMİN EDƏCƏK”

“AQRAR XİDMƏTLƏR AGENTLİYİNİN YARADILMASI OPTİMALLAŞMANI TƏMİN EDƏCƏK”

Kənd Təsərrüfatı Nazirliyi mətbuat üçün açıqlama yaymışdır. Nazirlikdən aldığımız açıqlamada deyilir: “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi aqrar siyasətin tərkib hissəsidir. Aparılan aqrar islahatlar kənd təsərrüfatının davamlı və uğurlu inkişafını təmin edir.

Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş 4 qurumun - Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Aqrar Xidmətlər Agentliyi yaradılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi aşağıdakı vəzifələri həyata keçirəcək:

--baytarlıq və fitosanitar xidmətlərin təşkili, idarə edilməsi və keyfiyyətə nəzarət;

--kənd təsərrüfatı texnikasının qeydiyyatı, texnikaya nəzarət və bu sahədə dövlət xidmətləri;

--aqrokimya, toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri, toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkili və göstərilməsinə nəzarət.

Ləğv olunan qurumların digər funksiya, hüquq və vəzifələri də yeni Agentliyə keçir.

Nazirliyin tabeliyində olmuş 4 qurumun əsasında Aqrar Xidmətlər Agentliyinin yaradılması optimallaşmanı, çevik və səmərəli idarəetməni təmin edəcək. Həyata keçirilən islahatlar aqrar sektorda innovativ həllərin tətbiqinə imkan verəcək, elektron xidmətlərə keçidi sürətləndirəcək və şəffaflığı daha da artıracaq.

İslahatlar nəticəsində aqrar xidmətlərdə vahid standartlar tətbiq olunacaq. Bu addımlar dövlət xidmətlərini fermerlər üçün daha əlçatan edəcək. Xidmətin keyfiyyətinə daim nəzarət olunacaq.

Bu xidmətlər Dövlət Aqrar İnkişaf Mərkəzləri vasitəsilə göstəriləcək, Agentlik bu sahədə DAİM-lərin fəaliyyətini əlaqələndirəcək.

Hazırda DAİM-lərdə fermerlərə müxtəlif fəaliyyət növləri üzrə 70-dək xidmət göstərilir. Aparılan struktur dəyişiklikləri ilə əlaqədar bu xidmətlərin sayı daha da artacaq.

İmzalanan Fərman aqrar sahədə mövcud çağırışlara cavab verir və vətəndaş məmnunluğunu artırmağa hədəflənib.

 

“Xalq qəzeti”

15 2019 15:57 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə