Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəmkirdə büdcənin hər qəpiyinə nəzarət var…

Şəmkirdə büdcənin hər qəpiyinə nəzarət var…

Son illər Şəmkirdə büdcədə nəzərdə tutulan vəsaitin təyinatı üzrə, həm də səmərəli istifadə olunması üçün bir sıra tədbirlər həyata keçirilir. Büdcə vəsaitinin az qala hər qəpiyinin hesabatı aparılır, nəyin hara xərcləndiyi barədə məlumatlar dinlənilir, növbəti ildə nəzərdə tutulan vəsaitin düzgün sərf olunması ilə bağlı tapşırıqlar verilir.Burada məqsəd şəffaflığın tam təmin olunması, rayon büdcəsinin düzgün tənzimlənməsi, ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsidir. İctimaiyyətə, rayon əhalisinə bu barədə ətraflı məlumat verilir, icra hakimiyyətinin rəsmi facebook səhifəsində, saytlarda yazılar dərc olunur. Bütün bunlar ictimai nəzarətin daha da gücləndirilməsinə yönələn çox təsirli vasitələrdəndir.

Bu dəfə də belə oldu. Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun iştirakı ilə Şəmkirin 2019-cu il üçün büdcəsi müzakirə edildi. İcra hakimiyyəti əməkdaşlarının və büdcədən maliyyələşən təşkilat rəhbərlərinin iştirak etdiyi iclasda rayon rəhbəri bildirdi ki, 2019-cu il üzrə Şəmkirin büdcəsi ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi siyasət nəticəsində əldə olunan nailiyyətlər zəminində tərtib edilib.

Alimpaşa Məmmədov qeyd etdi ki, 2019-cu ildə də rayon büdcəsinin sosial yönümlülüyü əsas götürülüb. Amma 2019-cu ildə də əsas məqsəd rayon büdcəsinin doğru-dürüst xərclənməsinə ictimai nəzarəti gücləndirmək, şəffaflığı təmin etməkdir: «2019-cu ildə də  büdcəmizin düzgün tənzimlənməsi, ayrılmış vəsaitin şəffaf istiqamətləndirilməsi üçün ciddi addımlar atılacaq».

İclasda rayon büdcəsinin sosial yönümlü işlərə daha çox sərf ediləcəyi vurğulanıb və qeyd edilib ki, 2019-cu ildə əsas məqsəd vəsaitin ən zəruri işlər üçün istifadə olunmasını təmin etməkdir.

Məlumat verilib ki, Şəmkir rayonunun 2018-ci il üçün büdcəsi 19 milyon 875 min manat həcmindədir.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

15 2019 14:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin