Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mey: “Brexit”in yekununu reallaşdırmasaq, krallığın demokratiya institutlarına inam sarsılacaq

Mey: “Brexit”in yekununu reallaşdırmasaq, krallığın demokratiya institutlarına inam sarsılacaq

Böyük Britaniyanın Avropa İttifaqından çıxması (Brexit) haqqında 2016-cı ildə keçirilmiş referendumun yekununu reallaşdırmaq zəruridir, yoxsa krallığın demokratiya institutlarına inam sarsılacaq.

Trend-in məlumatına görə, bunu Britaniyanın Baş naziri Tereza Mey bəyan edib.

Lordlar palatası Tereza Mey hökumətinin  “Brexit”lə bağlı təsdiq etdiyi sənədin şərtlərini ciddi tənqid etmişdir. Səsvermə zamanı sənədin lehinə 152 əleyhinə 321 deputat səs vermişdir. Avropa İttfaqı isə bəyan etmişdir ki, sənədin şərtlərini yenidən müzakirə etməyəcək və parlamentin sazişi təsdiq etməyəcəyi təqdirdə Britaniya Krallığı daha kəskin situasiya ilə üzləşə bilər. 

Baş nazir parlament üzvlərini Britaniya xalqının demokratiya institutlarına inamının qorunması üçün nəticələri nəzərə almağa çağırıb: "Vestminster sarayında bir sıra parlamentarilər "Brexit"i təxirə salmaq, hətta dayandırmaq və bunun üçün bütün imkanlardan istifadə etmək istəyir".

Tereza Mey bildirmişdir ki, belə olan halda insanların demokratik prosesə və siyasətçilərə inamı ciddi zərbə alacaq: "Hər birimiz referendumun nəticəsini həyata keçirməyə borcluyuq".

 

“Xalq qəzeti”

15 2019 14:18 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə