Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Naxçıvanda ana və bala bəbirin görüntüləri qeydə alınıb

Naxçıvanda ana və bala bəbirin görüntüləri qeydə alınıb

Naxçıvan Muxtar Respublikasının Həsən Əliyev adına Zəngəzur Milli Parkında  ana və bala bəbirin foto və video görüntüləri qeydə alınıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumatda bildirilir ki, görüntülər nazirliyin,  IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdikləri birgə layihə çərçivəsində quraşdırılmış foto-tələlər vasitəsilə 2018-ci ilin oktyabr ayında əldə edilib.

Dəfələrlə qeydə alınan bəbir görüntüləri xüsusi mühafizə olunan təbiət ərazilərində heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsindən, maarifləndirmə işlərinin aparılmasından, bəbirin qida obyektləri olan bezoar keçi, muflon kimi heyvan növlərinin sayının artması üçün vacib olan təhlükəsiz şəraitdən xəbər verir.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

15 2019 14:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə