Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniya aeroportlarında tətil başladı

Almaniya aeroportlarında tətil başladı

Almaniyanın 8 aeroportunda təhlükəsizlik xidməti əməkdaşları növbəti dəfə tətil keçirir.

Bremen, Hamburq, Hannover, Drezden, Leypsiq, Münhen, Erfurt və ölkənin ən iri hava limanı Frankfurtda təhlükəsizlik xidmətinin 23 mindən çox əməkdaşı  tətilə başlamışdır. Bundan əvvəl Berlinin Şönefeld və Tegel aeroprtlarında tətil keçirilib.

Bu aksiya ümumilikdə 220 min sərnişinin səfər proqramına ciddi təsir göstərib.

Səhər saatlarından etibarən başlayan tətil müxtəlif saatlarda – yerli vaxtla saat 18:00 və 00:00 saatları arasında dayandırılacaq.

Hələlik 643 reys təxirə salınıb. Təkcə Frankfurtda 1200 planlaşdırılmış reysdən 570-i baş tutmayıb.

Təhlükəsizlik xidmətinin əməkdaşları əmək haqlarının hər saata görə 20 avroya qaldırılmasını, iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Verdi həmkarlar ittifaqının mətbuat katibi Andrea Beker bildirib ki, tələblərlə bağlı işəgötürənlərlə danışıqlar aparılır

Xatırladaq ki, ötən həftə 5 aeroportda keçirilmiş tətil nəticəsində 500-dən çox reys təxirə salınmışdı.

15 2019 12:50 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
13 Fevral 2019 | 11:59
Makedoniyanın adı dəyişdi

Ən son xəbərləri səhifəmizdən də izləyin