Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Salyan rayonunun Kürsəngi kənd tam orta məktəbində aparılan təmir işləri başa çatıb.

Salyan rayonunun Kürsəngi kənd tam orta məktəbində aparılan təmir işləri başa çatıb.

40 il bundan əvvəl tikilib istifadəyə verilən 624 yerlik məktəb binası müasir tələblərə uyğun gəlmədiyindən təhsilin yüksək səviyyədə təşkilində müəyyən çətinliklər yaranırdı. Bu isə təhsil islahatı ilə bağlı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə mənfi təsir göstərirdi. Təhsil ocağında yaranmış çətinlik nəzərə alınaraq, məktəbdə təmir işlərinə başlanılıb.

Təmir zamanı məktəb binasının su, qaz, elektrik xətləri, dam örtüyü, qapı, pəncərələri və döşəməsi yenilənib, isitmə sistemi qurulub, sinif otaqları, fənn kabinələri, kitabxana, idman və akt zalları demək olar ki, yenidən tikilib. Hazırda təhsil ocağında yeni avadanlıq və inventarlar quraşdırılır, sinif otaqları, fənn kabinələri əyani və texniki vasitələrlə təmin olunur. Məktəb binası yaxın günlərdə müəllim və şagirdlərin istifadəsinə veriləcək.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

15 2019 12:19 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin