Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türk mikrobioloq ATU-da “Quş qripi” mövzusunda məruzə edib

Türk mikrobioloq ATU-da “Quş qripi” mövzusunda məruzə edib

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, Gürcüstanda H1N1 (“Donuz qripi)”virusundan dünyasını dəyişənlərin sayının 10-u keçməsi barədə xəbərlər yayılıb. Sözsüz ki, qonşu ölkədəki mövcud durumun ölkəmiz üçün də təhlükə yarada biləcəyini nəzərə alan səhiyyə naziri başda olmaqla, ölkəmizin digər müvafiq qurumları lazımi tədbirləri görürlər.

Yanvarın 14-də ATU-nun Tədris Terapevtik Klinkasının Mərkəzi Laboratoriyasının mikrobioloqu İsgəndər Karaltının ““Donuz qripi” nədir? Yeni bir pandemiya təhlükəsi varmı?”-- mövzusunda etdiyi məruzə də məhz dünyada və regionda adıçəkilən virusun hansı vəziyyətdə olması ilə bağlı olub. Onun etdiyi bu çıxış həmkarları və tələbələrin böyük marağına səbəb olub. İ.Karaltı H1N1 virusu, onun əlamətləri, yoluxma yolları, profilaktik tədbirlər və s. barədə iştirakçılara ətraflı məlumat verib. 

2009-cu ildən etibarən bu virusun aşkar edildiyini bildirən mikrobioloq, qonşu ölkədəki mövcud durumun ölkəmiz üçün də riskli olduğunu, amma rəsmən hələ ki belə bir virusa yoluxma halının qeydə alınmadığını vurğulayıb. 

İ.Karaltı məruzəsinin sonunda iştirakçıları maraqlandıran suallara ətraflı cavab verib.

 

Z,BƏŞİRQIZI,
“Xalq qəzeti”

15 2019 12:16 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə