Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azəristiliktəchizat” ASC Sumqayıt şəhər qazanxanasının qazlaşdırılması layihəsinin icrası işlərinin satınalınması üçün Açıq Tender Elan Edir

“Azəristiliktəchizat” ASC Sumqayıt şəhər qazanxanasının qazlaşdırılması layihəsinin icrası işlərinin satınalınması üçün  Açıq Tender Elan Edir
Tender 1 lot üzrə keçirilir. 
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Təkliflərin qiymətləndirilməsində analoji işlərdə təcrübəyə, maliyyə vəziyyəti, aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensialın mövcudluğu meyarlarına üstünlük veriləcəkdir.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 3 (əlaqələndirici şəxs:Rafiq Əliyevdən, telefon: 579 52 98) nömrəli ünvandan ala bilərlər.
İştirak haqqı 150 manatdır.
H/h: AZ62AİİB33010019442200226122
VÖEN: 1700531291
“Kapital Bank”ın Qaradağ filialı
Kod: 200220
VÖEN: 9900003611
M/h: AZ37NABZ01350100000000001944
SWİFT: AİİBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- digər sənədlər;
- satınalma müqaviləsinin icrasını təmin etmək üçün maddi-texniki baza və müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki imkanların və ixtisaslı işçi qüvvəsinin olmasını təsdiq edən hüquqi sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). 
Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 24 sentyabr 2018-ci il saat 16.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 4 oktyabr 2018-ci il saat 16.00-a qədər “Azəristiliktəchizat” ASC-nin Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 3 nömrəli ünvana təqdim etməlidirlər. 
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 5 oktyabr 2018-ci il saat 16.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
 İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası
17 2018 22:53 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
10 Dekabr 2019 | 01:52
B i l d i r i ş

Köhnə versiyamızdan xəbərləri izlə