Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ötən əsrin ən cəsur 7 QADINI

Ötən əsrin ən cəsur 7 QADINI

XX əsrin ən böyük nailiyyətlərindən biri insanlar arasında hüquq bərabərliyinin bərpasıdır. Eyni zamanda, cinslər arasında bərabərliyin əldə edilməsi də bu mövzuya aiddir.

Qadın və kişilər arasında bərabərliyin təmin edilməsinə məhz qadınlar nail olublar. Bu qadınlar cəmiyyət dəyərlərinə qarşı çıxıblar.

Belə qadınlardan  bəzilərinin adlarını təqdim edirik:

Avstraliyalı üzgüçü Annet Kellerman  --Qadınlar arasında La-Manş boğazını ilk dəfə üzərək keçməyə cəhd edən qadındır. 1907-ci ildə o dövr üçün qeyri-etik sayılsa da, çimərlik geyimində foto çəkdirib. Bu foto dərc edildikdən sonra ictimai əxlaqı pozduğu üçün həbs edilib.

Roza Li Parks--1955-ci ildə ABŞ-da qaradərililərin hüquqları üçün hərəkata başlayıb. Roza Li avtobusda ağdərili sərnişinə yer verməkdən imtina edib. Bu hərəkətinə görə isə həbs edilib.

Katrin Şvitser--İnanmaq çətin olsa da, 1971-ci ilə qədər qadınlara Boston marafonunda iştirak etmək qadağan idi. Bu qanunun ləğvindən 5 il əvvəl Katrin könüllü olaraq marafona qoşuldu. Təşkilatçılar isə güc tətbiq edərək onu marafondan uzaqlaşdırmağa çalışdılar.

Billi Cin Kinq--Uimbildon turnirində qələbə sayına görə rekordçudur. Məhz onun təşəbbüsü ilə Ümumdünya Qadın Tennisçilər Assosiasiyası yaradıldı. Qadınların idmanda eyni hüquqa sahib olduqlarını təsdiq etmək üçün Kinq 1973-cü ildə keçmiş dünya çempionu Bobbi Riqslə yarış keçirdi və onu məğlub etdi.

Cin Şrimpton--İngilis model Cin Şrimpton cəsarətini toplayaraq kütlə içinə dizdən yuxarı paltarla çıxıb. 1965-ci ilin yayında o, bu paltarla Melburndakı at yarışına gəldi. Bununla da əsl qalmaqala səbəb oldu.

Mod Vaqner--1877-ci ildə anadan olan amerikalı Mod döymələrinin sayına görə rekordsmendir. Bədənindəki döymələrin sayına görə heç kəs onunla rəqabət apara bilməzdi. Bundan başqa Vaqner qadınlar arasında ilk peşəkar tatu ustası oldu.

Mariya-Tereza dee Filippis--Italiyalı avtomobil yarışçısıdır. Qadınlar arasında ilk "Formula 1" pilotudur. 1958-ci ildə ilk debütünü edib və "Qran-pri Sirakuz" yarışında finiş xəttini beşinci keçib. Bundan başqa eyni ildə "Qran-pri Monako" yarışında da iştirak edib.

 

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

15 2019 11:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə