Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Parisdə Azərbaycan muğam triosunun konserti olub

Parisdə Azərbaycan muğam triosunun konserti olub

Parisdə Azərbaycan muğam triosunun konserti olub Ölkəmizin Fransadakı səfirliyinin dəstəyi, Fransa-Azərbaycan Dialoqu Assosiasiyası (ADFA) və Parisin "Theatre de la Ville” teatrının birgə təşkilatçılığı ilə Parisdə Azərbaycan muğam triosunun konserti olub.

 Əməkdar artist Elşən Mansurov (kamança) və Ələkbər Ələkbərovun (tar) müşayiəti ilə beynəlxalq müsabiqələr laureatı Kamilə Nəbiyeva muğamlarımızı ifa edib. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yenidən dirçələrək beynəlxalq aləmdə öz yerini tutmuş muğamımız fransız musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, muğam ifaçılarımız Paris "Theatre de la Ville” teatrının musiqi məsləhətçisi Südabə Kianın dəvəti ilə əvvəllər Fransada keçirilən musiqi festivallarında iştirak ediblər. O, Azərbaycan muğam ifaçılarını teatrın proqramına daxil edərək, muğam ustalarımızın konsertlərini təşkil edir. Alim Qasımov, Nəzakət Teymurova, Arzu Əliyeva, Ehtiram Hüseynov kimi muğam ifaçılarımızın adları Fransa musiqisevərlərin yaddaşına əbədi həkk olunub.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

15 2019 11:10 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Sentyabr 2019 | 11:27
Azərbaycan kinosu günləri
19 Sentyabr 2019 | 15:36
Muzeyin 25 illiyi qeyd olunub

Köhnə versiyamızdan xəbərləri izlə