Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağır miras Nikol Paşinyana “yükləndi”

Ağır miras Nikol Paşinyana “yükləndi”

İşğalçı ölkədə baş verən hadisələr elə sürətlə cərəyan edir ki, yerli mətbuat nəyi necə yazacağını, hansı xəbəri daha tez verəcəyini bilmir. Məsələn, dünən kütləvi informasiya vasitələri yazdılar ki, Ermənistan Prezidenti Armen Sarkisyan Nikol Paşinyanın ölkənin baş naziri postuna təyin edilməsi haqqında sərəncam imzalayıb.
Bir az sonra xəbər gəldi ki, Serj Sarkisyanın tərəfdarları Armen Sarkisyanın sərəncamı ilə qətiyyən razılaşmırlar. Əsas iddiaları da odur ki, Nikol Paşinyan seçkidə qalib gəlməyib.
İki gün əvvəl ­https://www.­kavkaz-uzel yazırdı ki, erməni “vətənpərvərləri” Gümrüdəki Rusiya hərbi bazasının önünə toplaşaraq, “Rus ordusu, Ermənistandan rədd ol!” şüarları ilə izdihamlı etiraz aksiyası keçiriblər. Həmin aksiyadan sonra erməni ekspertlər yazırdılar ki, ölkədə baş qaldıran antirus əhval-ruhiyyə Nikol Paşinyanın baş nazir postuna təsdiqlənməsini əngəlləyəcək. Ancaq bir gün sonra hadisələr tamamilə başqa istiqamətə yönəldi. İki gün əvvəl baş nazir postuna təsdiqlənəcəyi şübhəli görünən Nikol Paşinyan prezidentdən tapşırıq aldı ki, 15 gün ərzində Ermənistanın yeni hökumətini formalaşdırsın. 
Ancaq erməni mətbuatı bununla da kifayətlənmir. Bir neçə ay əvvəl iqtidarda, indi müxalifətdə olanlar yazırlar ki, bu gün Ermənistanda nəyin və ya nələrin baş verdiyini də bilən yoxdur, nələrin baş verəcəyini də. Onlar narahatlıq keçirirlər ki, ölkədə baş verənlərin hamısı Azərbaycanın xeyrinə olacaq.

 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

14 2019 23:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin