Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pentaqon Qətərdə hərbi mövcudluğunu gücləndirir

ABŞ Əl-Udeyddəki hərbi bazasını genişləndirəcək

Rəsmi Vaşinqton və Doha Birləşmiş Ştatların Qətər ərazisindəki Əl-Udeyd”hərbi aviasiya bazasının fəaliyyətini genişləndirməyi qərara alıblar. Bu sahədə sıx əməkdaşlığı nəzərdə tutan sənədi ABŞ-ın dövlət katibi Mayk Pompeo və Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani imzalayıblar. Məlumatı “Anadolu” agentliyi yayıb. 
Qətərin xarici işlər naziri Dohada səfərdə olan dövlət katibi M.Pompeo ilə keçirdiyi görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib: “ABŞ ilə Qətər arasında sağlam bünövrəyə əsaslanan əlaqələr formalaşıb. Bizim ölkələr ­arasındakı strateji münasibətlərdə keyfiyyət sıçrayışı əldə ediblər”. 
Xatırladaq ki, sözügedən hərbi bazada ABŞ-ın regiondakı silahlı qüvvələrinin Mərkəzi Komandanlığı yerləşir. ABŞ hərbçiləri mərkəzdən Suriya, İraq və Əfqanıstandakı hərbi əməliyyatlara nəzarət edirlər. 
Sonda bildirək ki, Qətər rəsmiləri bir müddət əvvəl Əl-Udeyd bazasının ABŞ-ın daimi hərbi bazalarının siyahısına əlavə olunacağını bildirmişdilər.

 

M.HACIXANLI, 
“Xalq qəzeti” 

14 2019 23:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə