Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İran “Fateh” adlı sualtı qayığı istifadəyə verir

İranın Hərbi Dəniz Qüvvələrinin istifadəsinə “Fateh” adlı yeni sualtı qayıq veriləcək. Bildirilir ki, yanvarın 29-da istismara veriləcək qayıq İranın milli istehsalıdır. 
Bu barədə açıqlama verən İranın Hərbi Dəniz Qüvvələri komandanı, admiral Hüseyn Hanzadə qayığın Atlantik ­okeanına göndəriləcəyini ­bildirib.
Admiral qeyd edib ki, ağırlığı 527 ton olan sualtı qayıq 250 metr dərinlikdə saatda 25,9 kilometr sürətlə üzmək imkanına malikdir. Bundan başqa, yeni qayıq təchiz olunan elektron cihazlarla suyun altından yerin üzərindəki hədəfləri vura bilir.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

14 2019 23:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə