Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi üzrə əməkdaşlığa dair zirvə görüşü keçirilib

Yanvarın 14-də Ankarada Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi üzrə əməkdaşlığa dair zirvə görüşü keçirilib.

Müdafiə Sənayesi Nazirliyindən aldığımız məlumatda bildirilir ki, Türkiyənin Müdafiə Sənayesi Başkanlığında təşkil olunan görüş 2018-ci ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” sazişin müddəalarına uyğun olaraq həyata keçirilib.

Görüşdə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin geniş tərkibdə nümayəndə heyəti, Türkiyənin “Aselsan”, “Roketsan”, “Ayesaş”, “TAİ”, “Çukurova” və digər qabaqcıl müdafiə sənayesi şirkətlərinin rəhbərləri iştirak ediblər.

Görüş zamanı Türkiyə şirkətlərinin fəaliyyətləri ilə bağlı təqdimatlar keçirilib.

Tədbirdə Azərbaycan ilə Türkiyə arasındakı müdafiə sənayesi üzrə mövcud əməkdaşlıqdan məmnunluq ifadə olunub və bir sıra yeni əməkdaşlıq layihələrinin icrası ilə bağlı qarşılıqlı razılıq əldə edilib, protokol imzalanıb.

Səfər çərçivəsində nümayəndə heyətini Türkiyənin müdafiə sənayesi başkanı İsmayıl Dəmir qəbul edib.

14 2019 17:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə