Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çay susuzluğu azaltsa da, suyu əvəz etmir

Çay susuzluğu azaltsa da, suyu əvəz etmir

Mütəxəssislər bildirirlər ki, çay düzgün qəbul edilmədikdə faydalı deyil, əksinə daha da zərərli bir içkiyə çevrilə bilər. Buna görə də Medicina.az-a istinadən  çayın düzgün qəbulu ilə bağlı bir sıra məlumatları təqdim edirik. 

Çay, nevroloji xəstəlikləri aradan qaldırmaq, o cümlədən, piylənmə, ürək xəstəlikləri, 2-ci tip şəkərli diabet, ağciyər, dəri, süd vəzi, prostat, yumurtalıq, ağız və düz bağırsaq kimi xərçəng növlərindən qorunmaq üçün çox faydalıdır. 

Avropa Qida Təhlükəsizliyi Təşkilatı, hər bir insanın gündə 400-600 mq, yəni 4 armudu stəkan yaşıl çay içilməsinin vacibliyini bildirir. 

Hər gün içilən bir stəkan qara çay zehni qüvvətləndirir, 2-3 stəkanı isə qavrama qabiliyyətini artırır. Çay içərkən onun miqdarına və şəkərsiz içilməsinə diqqət edilməlidir. 

Çayın zərərli təsirləri də var. Soyuqdan qorunmaq üçün içilən çox miqdarda çay qaraciyərə zərər vura bilər. Tərkibində olan bol miqdarda kofein səbəbindən təlaş hissini və stressi artıraraq insanı aqressivləşdirir. 

Gündəlik içilən çay su hesab edilə bilməz, o sadəcə mayedir. İçdiyiniz hər bir stəkan çay ilə yanaşı 1 stəkan da su içməli olduğunuzu unutmayın.  

Yeməklə birlikdə qəbul edilən çay orqanizmdə dəmirin azalmasına gətirib çıxara bilər. Yumurta yeyərkən çay içmək əvəzinə təzə meyvə-tərəvəz istifadə etmək daha yaxşı olardı.

Onu da nəzərdə saxlayın ki, çayı yeməkdən yalnız 2 saat sonra qəbul etmək lazımdır.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti” 

14 2019 16:17 - SƏHİYYƏ
SƏHİYYƏ
24 İyul 2019 | 15:08
Diabet xəstəliyi və soğan

Köhnə versiyamızdan xəbərləri izlə