Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səhiyyə Nazirliyi yanında İctimai Şuraya üzvlüyə namizədlər müəyyən edilib

Səhiyyə Nazirliyi yanında İctimai Şuraya üzvlüyə namizədlər müəyyən edilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları (VCİ) tərəfindən seçilməsinə dair Əsasnamə” nin 2.18-ci bəndinə uyğun olaraq Səhiyyə Nazirliyi yanında İctimai Şuraya seçkilərdə iştirak edəcək namizədlərin siyahısını müəyyən edib.

Bunlar aşağıdakı VCİ-nin namizədləridir:  Eyvazov Taryel Əli oğlu - “Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyi; Əliyev Zakir Hüseyn oğlu - “Ağsaqqallar Şurası”; Nəbiyeva Ziba Vasif qızı - “İnkişafa doğru Qadın Təşəbbüsü” İctimai Birliyi; Hənifəyeva Səadət Həsən qızı; Sultanova Yeganə Teymur qızı - “Azərbaycan Diabet Liqası”; Ağayev Qorxmaz Siracəddin oğlu - “Tibb işçiərinin hüquqi maarifləndirilməsinə yardım” İctimai Birliyi; Salayev Rüstəm Əli oğlu - “Psixo-Sosial yardım” İctimai Birliyi.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

14 2019 16:13 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə