Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Saçlara qulluğun alternativ variantı

Ulularımız keçmişdə saçlarını şampunla yumurdu, balzam və kondisionerdən istifadə etmirdi, lakin buna baxmayaraq onların saçları müasir qadınların saçlarından qat-qat gözəl və həcmli idi.

Bunun səbəblərindən biri də keçmişdə saçlara baxım üçün istifadə olunan təbii vasitələr idi. Bu vasitələr həm saçları çirk və yağdan təmizləyir, həm də onları əla qidalandırırdı. Milli.Az saytı bu vasitələrdən bəziləri haqqında məlumat yayıb.

Yumurta – həm saçları yaxşı yuyur, həm də kondisioner və balzam funksiyasını yerinə yetirir, saçları qidalandırır, uzanmasını sürətləndirir. Saçın uzunluğundan asılı olaraq 1-2 yumurtanın sarısını çalın, nəm saçlara çəkin, sonra yaxşı yuyun. Sonda saçları sirkə əlavə olunmuş su ilə yaxalayın.  

Soda – tez yağlanan saçlar üçün əsl tapıntıdır. Saçların yağlılığını azaldır, kondisioner kimi təsir edir. 1 stəkan suya 1 xörək qaşığı soda əlavə edin, yaxşı qarışdırın. Bu suyu saçınıza çəkin, massaj edin. Sonra saçınızı yaxşı yuyun və ən sonda alma sirkəsi əlavə olunmuş su ilə yaxalayın.

Kosmetik gil –  yağı və çirki özünə hopdurur və saçları çox yaxşı təmizləyir. Ağ və ya yaşıl kosmetik gili ilıq su ilə qarışdırın (duru sıyıq kimi alınmalıdır). Gili saçınıza çəkin, adi şampunla kimi yuyun və yaxşı yaxalayın.

Xardal – ilıq suda qarışdırıb saçınıza çəkin, massaj edin, su ilə yuyun, sonda sirkə və limon şirəsi əlavə olunmuş su ilə yaxalayın.

Çovdar unu – ilıq suda yaxşı qarışdırıb, saçınıza çəkin, massaj edin, su ilə yaxşı yuyun, sonda limonlu və ya sirkəli su ilə yaxalayın.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

14 2019 16:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə